"Ən yaxşı təqdimat" layihəsinin yekunu

"Ən yaxşı təqdimat" layihəsinin yekunu

Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Bu gün YAP Xaçmaz rayon təşkilatının və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan "Ən yaxşı təqdimat" layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, dövlətçiliyi və xalqı üçün gördüyü işlərdən geniş məlumat verib. N.Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir: "Bu gün hər birimiz Ulu Öndər qurub yaratdığı, dünyaya tanıtdığı müasir Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummili Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ulu Öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur".

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının şura üvləri Mədinə Nurməmmədova, Tünzalə Salahova, şair Telman Təravət və digərləri çıxış edərək ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ölkəmizin inkişafından danışıblar.

Sonda layihənin qalibləri YAP Xaçmaz rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr, diplomla mükafatlandırılıb.

Sonda bir qrup gəncə YAP vəsiqələri təqdim edilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə