Amerika və ingilis mətbuatı “Qurdlar Vadisi: Fələstin” filminə böyük maraq göstərib
Amerika və ingilis mətbuatı yanvarın 27-də nümayiş olunan "Qurdlar Vadisi: Fələstin" filminə böyük maraq göstərib. SİA-nın xəbərinə görə, İngilis "Guardian" qəzeti, filmin "Milli Sosializm Qurbanlarının Anma Günü" ilə bir gündə nümayiş olunmasını diqqətə çəkib. Necati Şaşmazın canlandırdığı filmin baş rolunun ifaçısı Polad Ələmdar "Guardian" qəzeti Ceyms Bonda bənzədilib. "Los Angeles Times" isə Polad Ələmdarı Ceyms Bond ilə Rembo qarışıq bir xarakter olaraq yazıb. "The Guardian"da filmin fraqmentlərində iştirak edən Polad Ələmdarın cümlələrindən bəziləri tərcümə edilərək verilib. Bunlardan birində Ələmdara niyə İsraildə olduğu soruşulur və o da "Mən Fələstindəyəm" deyə cavablandırır.
"Los-Anceles Time" qəzeti isə "Bu film onsuz da gərgin olan İsrail-Türkiyə əlaqələrini daha da gərginləşdirəcək" şərhini qeyd edib. "Qurdlar Vadisi: Fələstin" xaricdə cəmi 135 salonda nümayiş olunub. Almaniyada bəzi texniki səbəblər üzündən film bir az gecikməli olsa da sonda nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB