Nikolae Ureki: “Azərbaycanın NATO-nun sülhməramlı missiyalarına verdiyi töhfəni alqışlayırıq"
"Azərbaycanın NATO ilə əməkdaşlığını və alyansın sülhməramlı missiyalarına verdiyi töhfəni alqışlayırıq. NATO çoxşaxəli təşkilatdır, alyansın yeni üzvlərin qəbuluna dair sərt şərtləri var. Fəxr hissi deyə bilərəm ki, son 5 il ərzində azərbaycanlı ekspertlər NATO-nun 100-dən artıq müxtəlif tədbirində iştirak ediblər". SİA-nın xəbərinə görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun ölkəmizdəki koordinatoru Nikolae Ureki deyib. Onun sözlərinə görə, Azərbaycan ekspertləri həmçinin enerji təhlükəsizliyində də mühüm rol oynayırlar".
NATO-nun ölkəmizdəki koordinatoru son iki il ərzində rəhbərlik etdiyi diplomatik missiyanın çox aktiv fəaliyyət göstərdiyini deyib: "Biz NATO-nun Azərbaycandakı siyasətini təqdim etməyə can atırıq. Ötən il səfirliyimiz bu istiqamətdə 24 müxtəlif tədbir keçirib. Biz Azərbaycanın NATO ilə aktiv dialoqunu dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB