Əli Əhmədov: “Bir ölkənin gələcəyi gənclərlə bağlıdırsa, o gələcəyin necə olmasını hamıdan yaxşı gənclər bilir” - AÇIQLAMA

Əli Əhmədov: “Bir ölkənin gələcəyi gənclərlə bağlıdırsa, o gələcəyin necə olmasını hamıdan yaxşı gənclər bilir” - AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi III konfransını başa çatdırdı. Hesabat dövrü ərzində görülən işlərlə bağlı gənclərimiz geniş çıxış etdilər". SİA-nın məlumatına görə, bu barədə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov açıqlama verib. O, konfransda Gənclər Birliyinin gələcək fəaliyyətləri ilə bağlı fikirlərin səsləndirildiyini bildirib. "İnanıram ki, bu konfransda seçilən yeni tərkib Gənclər Birliyinin fəaliyyətini daha da yüksəldəcək", - deyən icra katibi YAP-ın üzvü olan gənclərin yüksək intellekti və vətənpərvərlikləri ilə seçildiyini vurğulayıb.

O, YAP-ın 5 yüz mindən yuxarı üzvlərinin 40 faizindən çoxunun gənclər olduğunu, bunun partiyanın böyük gələcəyindən xəbər verdiyini dilə gətirib: "Ölkəmizin gələcəyi gənclərlə bağlıdır. Həyata keçirdiyimiz bütün işləri gələcəyimiz olan gənclər üçün edirik. İstəyirik ki, bütün işlərdə gənclər yaxında iştirak etsinlər. Bir ölkənin gələcəyi gənclərlə bağlıdırsa, o gələcəyin necə olmasını hamıdan yaxşı gənclər bilir. İstəyirik ki, məhz o gələcəyin qurulmasında gənclər yaxından iştirak etsinlər. Bizim gənclər siyasətinin məntiqi, kökündə dayanan fəlsəfə bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə