"İrəvanın Azərbaycanın tarixi torpağı olması barədə yeni sübutlar əldə edilib"
"Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu gün AMEA büdcədən kənar vəsaitləri Yüksək Texnologiyalar Parkınln fəaliyyəti nəticəsində əldə edir: "Bizim arzumuz budur ki, elmimizin inkişafı üçün dövlət büdcəsinin vəsaitləri ilə yanaşı, büdcədən kənar vəsaitlərdən istifadə edək".
A.Əlizadə deyib ki, son illər ərzində akademiyada elm və təhsilin inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilib. Lakin bu istiqamətdə fəaliyyət yeni keyfiyyətdə davam etdirilməlidir.
AMEA-nın Prezidenti Tədqiqat Universitetinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri sayıb. Akademik bildirib ki, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. AMEA prezidenti əlavə edib ki, akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi ilə bağlı fəaliyyəti davam etdirilməlidir. Həmçinin multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlər qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməlidirlər.
Azərbaycan alimlərinin əldə etdikləri uğurlar barəsində də danışan A.Əlizadə deyib ki, ilk dəfə olaraq, xarici alimlərlə birlikdə Qafqazın tektonik xəritəsi hazırlanıb. Tarixçilər İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib , orada xristian əhalinin olması barədə uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB