Misirin paytaxtına ordu qüvvələri yeridilib

Misirin paytaxtına ordu qüvvələri yeridilib

Misir prezidenti Hüsni Mübarək ölkədə komendant saatı elan edib. SİA-nın xəbərinə görə, "Əl Cəzirə" televiziyasının məlumatında bildirilir ki, çevrilişin qarşısının alınması üçün paytaxt Qahirə başda olmaqla böyük şəhərlərə ordu hissələri yeridilib.

İskəndəriyyə şəhərində polislə nümayişçilər arasında baş verən toqquşmalarda polis geri çəkilib. İskəndəriyyə valiliyinin binası nümayişçilər tərəfindən yandırılıb.

Toqquşmalarda ölənlərin və çox sayda yaralananların olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə