Tramp Rusiya və Çinlə nüvə razılaşması əldə etmək istəyir

Ağ Ev Rusiyanı və Çini əhatə edəcək yeni nüvə razılaşmasının hazırlanmasına dair variantları inkişaf etdirmək üçün nazirliklərlə danışıqlar aparır. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Ağ Ev prezidentin belə bir müqavilə əldə etməsi üçün variantların inkişafı ilə əlaqədar sıx müzakirələr aparır”, - deyə məlumatda bildirilir.

Diplomatik mənbələrdən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiya və Çinin silah nəzarətində iştirak etməsini istəyir və müqavilə bütün növ silahları, bütün döyüş başlıqlarını və bütün raketləri ehtiva etməlidir: “Biz prezidentə variantları mümkün qədər tez təqdim etmək arzusundayıq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp verdiyi müsahibələrinin birində bildirib ki, hər kəs Rusiya və Çin də daxil olmaqla nüvə silahlarından xilas olmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə