Parisdə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın xarici işlər naziri Jan-İv Le Drianla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. SİA news.am-a istinadən xəbər verir ki, görüş zamanı Mnatsakanyan fransalı həmkarına Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüş barədə məlumat verib.
Tərəflər münaqişənin sülh yolu ilə həllinə təkan verə biləcək əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB