Sinan Oğan: “Ermənistanın Metsamor Nüvə Stansiyası Azərbaycan, Gürcüstan, İran və hətta Ermənistanın özü üçün də təhlükədir”
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan Ermənistandakı Metsamor nüvə stansiyasının təhlükələri ilə bağlı Türkiyə mətbuatına açıqlama yayıb. SİA-nın xəbərinə görə, o, Ermənistandakı Metsamor nüvə stansiyasının bölgə üçün təhlükə yaratmaqda davam etdiyini söyləyib. Onun sözlərinə görə, bu gün dünyanın ən təhlükəli nüvə stansiyası Türkiyə sərhədindən yalnız 16 kilometr uzaqlıqdadır. S.Oğan vurğulayıb ki, dünyada 4 nəsil stansiyalar istifadə edilməyə başlayarkən Metsamor nüvə stansiyası ilk nəsil stansiyalar olaraq dünyada artıq istifadə edilmir.
O bildirib ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı və Avropa Birliyi stansiyanın dünyadakı ən təhlükəli nüvə təsislərdən biri olaraq qəbul edib. Metsamor stansiyası qurulduğundan bu yana burada 5-i irimiqyaslı olmaqla, 150-dən çox qəza yaşandığını deyən S.Oğan Türkiyənin qarşılaşa biləcək nüvə fəlakətinə qarşı əvvəlcədən tədbir görməsinin vacibı olduğunu vurğulayıb.
Beynəlxalq standartlara görə, böyüklüyü 5 baldan çox olan zəlzələlərin meydana gəldiyi bölgələrdə nüvə stansiya inşasına icazə verilmədiyini xatırladan Oğan, Metsamor nüvə stansiyasının keçmiş SSRİ dövründə heç bir tədbir alınmadan şiddətli zəlzələlərin baş verə biləcəyi bir bölgədə tikildiyini vurğulayıb. TÜRKSAM sədri S.Oğan müxtəlif beynəlxalq hesabatlarda bu nüvə stansiyanın etibarlı olmadığı səbəbiylə bağlanılmasının tələb edildiyini xatırladıb.
Ermənistan Parlamentinin Enerji Komissiyasının üzvü Robert Hazaryanın "Bu stansiya Avropa standartlarına uyğun gəlmir. Çernobil faciəsi Avropadakı nüvə stansiyalarının daha etibarlı olduğunu sübut edib" ifadələrinə münasibət bildirən S. Oğan Ermənistan enerji nazirinin də Metsamorun əsla Qərb standartları səviyyəsinə gətirilə bilməyəcəyini açıqladığını diqqətə çatdırıb.
O bildirib ki, Metsamor nüvə stansiyası 8 bal gücündə zəlzələnin baş verə biləcəyi bir zonada tikilib. 1988-ci il zəlzələsində zərər görən stansiyanın bir neçə il bağlı qalmasının ardından təkrar fəaliyyətə başladığını, stansiyadan ola biləcək sızmalarla yanaşı, soyutma məqsədi ilə istifadə edilən sulara radioaktiv maddələrin qarışma ehtimalının yüksək olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB