Nazim Məcidov: “Bulvar ərazində DİN-ə məxsus olan bina sökülür”- AÇIQLAMA
"Hazırda Bulvar ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Dinamo Cəmiyyətinin binası sökülür". Bu barədə SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında deyib. O bildirib ki, sökülmənin səbəbi həmin cəmiyyətin yeni binaya köçməsidir. Onun sözlərinə görə, tikili tam söküldükdən sonra həmin ərazi bulvar idarəsi tərəfindən abadlaşdırılacaq, yeni döşəmə vurulacaq, yeni ağaclar, güllər və kollar əkiləcək.
O söyləyib ki, ərazidə hər hansı bir tikilinin sökülməsi orada olan tikililərin sayının azalması deməkdir: "Bu tikilidən başqa hazırda planda hər hansı bir obyektin sökülməsi nəzərdə tutulmayıb. Amma ehtiyac olarsa, istisna deyil. Nəsə köhnəlirsə, səmərəsini itirirsə, ideya baxımdan əl vermirsə, o zaman həmin tikililəri sökməyə məcburuq. Amma yaxın gələcəkdə belə bir planımız yoxdur".
Bulvar ərazisinin genişləndirilməsinə gəlincə, rəis müavini bildirib ki, hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadastr xidməti tərəfindən həmin ərazilərdə olan obyektlərin siyahısının tərtibi, hansı nazirlik və ya təşkilatlara tabe olması dəqiqləşdirilir: "Onların köçürülməsi üçün Nazirlər Kabineti qərar verməlidir. Yalnız ondan sonra bulvar idarəsi öz işinə başlayacaq. Həmin ərazilərdə abadlıq, təmir, yaşıllaşdırma işlərini həyata keçirəcəyik".
N. Məcidov yaxın günlərdə bulvar ərazisinə çoxlu sayda ağac və güllərin gətirildiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB