Umud Rəhimoğlu: “Müharibə hər an baş verə bilər” RƏY-ÖZƏL

Umud Rəhimoğlu: “Müharibə hər an baş verə bilər” RƏY-ÖZƏL

“Bir haldakı Azərbaycan torpaqları hələ də işğal altındadır, bir halda ki, 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarından didərgindir, bir haldakı tarixi torpaqlarımızdakı əcdadımızın məzarları, tarixi abidələrimiz məhv edilir, müharibə hər an baş verə bilər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, Moskvada keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə gəldikdə isə qeyd etmək istəyirəm ki, biz bu tipli danışıqları 30 ildir müşahidə edirik, lakin təəssüflər olsun ki, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur və buna səbəb işğalçı ölkənin bütün beynəlxalq hüquq prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi destruktiv mövqedir: “Lakin bununla belə son görüşdə bəzi humanitar məsələlərlə bağlı əldə edilən razılaşmaları alqışlayırıq. Moskva görüşündə tərəflər KİV nümayəndələrinin qarşılıqlı səfərləri, girov və məhkumlara ailə üzvlərinin baş çəkmələri və kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların təhlükəsizliyi ilə bağlı müxtəlif humanitar məsələlərin həlli ilə bağlı razılaşma əldə ediblər. Lakin bu razılaşmalarla kifayətlənmək olmaz və hesab edirəm ki, humanitar məsələləri həll edib ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı yekun razılaşmanın əldə edilməsi üçün qarşı tərəfi məcbur etməyin vaxtı çatıb. Müharibəni qaçılmaz edən digər bir faktorda qarşı tərəfin provakativ addımlarıdır. Ermənistan hökumət üzvləri, diaspora qurumları və müxtəlif lobbi qrupları Azərbaycanın əleyhinə təbliğat və təşviqat kompaniyalarına davam edirlər. Ermənistanın Müdafiə Naziri yeni ərazilərin işğalı ilə bağlı sərsəm bəyanatlar verir, Baş nazir Paşinyan əraziləri sülhə dəyişmərik deyir, Ağdamda təmas xətti yaxınlığındakı işğal edilmiş ərazilərimizdə düşmən hərbi təlimlər keçirir və tez-tez cəbhə bölgəsində atəşkəs pozulur. Belə olan halda sülhü bərqərar etmək necə mümkün ola bilər? Müharibəni qaçılmaz edən işğalçı Ermənistanın yürütdüyü siyasətdir. Çox gec olmadan Ermənistan bu radikal siyasətdən imtina etməlidir. Çünki bu siyasət Ermənistanı uçuruma aparır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə