"Türkiyə və Azərbaycan öz yoluna baxmalıdır” ÖZƏl-MÖVQE

“Ermənilərin aprelin 24-də “erməni soyqırımı” kimi qeyd etdikləri gün yaxınlaşdıqca müxtəlif ölkələrdən erməni təəsübkeşliyi xəbərləri gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İtaliya parlamenti hökumətə “soyqırımı” tanımağı tövsiyyə edib, Fransa prezidenti isə 24 apreli ölkəsində “anım günü” kimi qeyd edəcəyini açıqlayıb: “Ermənilər bir neçə gün sevinəcəklər, sonra əvvəlki reallıqlarına qayıdacaqlar. Reallıq isə budur ki, ermənilərə təəssübkeşlik edən ölkələrin Avrasiya bölgəsindəki əsas iqtisadi və ticarət tərəfdaşı Türkiyə, Cənubi Qafqazda isə Azərbaycandır. “Erməni təəssübkeşliyi göstərən bəlli mərkəzlər Azərbycan torpaqlarının geri qaytarılması prosesinə də mane ola bilərlərmi” sualını səsləndirənlərə cavabım 2016-cı ilin aprelində və ötən il Naxçıvanda hərbi əməliyyatlarımıza həmin mərkəzlərin səssiz qalmalarıdır. Yəni istənilən qədər “soyqırımı” tanısınlar, Türkiyə və Azərbaycan öz yoluna baxmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...