Rusiya Dumasının sədri bu gün Bakıya gəlir

Rusiya Dumasının sədri bu gün Bakıya gəlir

Bu gün Rusiya Dumasının sədri Vyaçeslav Volodin Bakıya ikigünlük səfərə gələcək. ONA-nın xəbərinə görə, səfər çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədovla və Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş olacaq.

Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə