Təhmasib Novruzov: “Qurban, İsgəndər, Əli və digərləri siyasi bizneslə məşğuldurlar” RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Qurban, İsgəndər, Əli və digərləri siyasi bizneslə məşğuldurlar” RƏY-ÖZƏL

“Çəlikli müxalifətimizdə, təəssüf ki, hələ də milli və dövlət maraqları haqqında düşünmək qabiliyyətində olan fiqur yoxdur”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, siyasəti biznes tələbləri üzəridə quran siyasi dəllallardan, başqa nəsə gözləməyinə dəyməz: “Bunların hər biri xaricdə özünə tərəfdar tapıb, Azərbaycan əleyhinə hay-küy salıb pul qazanmaq haqqında düşünürlər. Kimsə mənə müxalif yönümlü bir siyasi təşkilat göstərə bilərmi ki, o xalqın içinə getsin, xalqın problemlərini, bu problemlərin yaranma səbəblərini, onu aradan qaldırmağın yollarını arayıb-axtarsın, təkliflər irəli sürsün? Hamısının gözü xaricdəki anti-Azərbaycan qüvvələrin üzündədir. Hətta erməni olsa belə, onunla iş birliyi qurmağa, ölkəsinə hədyanlar yağdırmağa hazırdırlar ki, bunun da bir adı var – siyasi biznes! Biznesin də öz qanunları var və bu qanunlara görə, bir biznesmenin bazarına müdaxilə edən başqası onun boğazına şərik olur. Deməli nəyin bahasına olursa-olsun onu yolundan kənarlaşdırmalıdır. Bizim müxalifət deyilən siyasət dəllalları da, təbii olaraq onların bazarlarına girənləri sıradan çıxarmağa çalışırlar. Qurbanın da, İsgəndərin də, Əlinin də, digərlərinin də son zamanlar sərgilədikləri mövqe onların gerçəkdən siyasi biznes fəaliyyəti ilə məşğul olduqları haqqında söylədiklərimizi bir daha təsdiq etdi”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə