İsraildə parlament seçkiləri keçirilir

İsraildə parlament seçkiləri keçirilir

İsraildə hökuməti və baş naziri müəyyənləşdirəcək parlament seçkilərinə start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 6 milyondan çox seçici ölkə daxilində yaradılan 3 mindən çox seçki məntəqəsində səs verə biləcək. Yerli saatla 07:00-da açılan seçki məntəqələri axşam 22:00 -dək davam edəcək.

Bundan başqa 10 mindən artıq seçki sandığı İsraildə mövcud olan partiyaların fəaliyyət hesabatını müəyyən edəcək. Belə ki, səs verənlər partiyanın simvolunu vərəqə yazaraq sandığa atacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə