Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub. SİA-nın xəbərinə görə, gündəliyə 19 məsələ daxildir. Aprelin 9-da Hesablama Palatasının hesabatı təqdim olunacaq.
Bundan başqa gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük taarifi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB