"Prezident vətəndaşının yanında olduğunu bir daha sübut etdi" ÖZƏL-MÜNASİBƏT

"Prezident vətəndaşının yanında olduğunu bir daha sübut etdi" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, dünyanın bir çox dövlətlərində fövqəladə hallar olanda dövlət ancaq təhlükəsizliyini təmin etməyə və yanğın hadisəsi zamanı onu söndürməyə məsuldur. Amma Azərbaycanda bu proseslər tamam başqadır. Biz hər zaman demişik ki, Azərbaycanda gedən sosial siyasəti və islahatları heç bir dövlətlə müqayisə etmək olmaz". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, cənab Prezident problemli kreditlər, sosial məsələlərlə bağlı imzaladığı sərəncam və fərmanlardan sonra bir daha sübut etdi ki, Azərbaycan dövləti üçün ən böyük varlıq və dəyər ölkə vətəndaşlarıdır: "Ölkə başçısı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı da öz hümanistliyini göstərərək sahibkarlara dövlət yardımının ayrılması haqqında tapşırıq verdi. Bildiyiniz kimi, sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi ilə bağlı İqtisadiyyat naziri Şahin Mustafayev açıqlama verdi. Artıq bununla bağlı hazırlıq işlərinə başlayıblar. Dəyən zərərin ödənilməsi, komissiyanın yaradılması və s. kimi hallar dünyanın heç bir yerində yoxdur. Bu hümanizmin ən yüksək dəyəridir. Düşünürük ki, bunu bütün dünya özünə nümunə götürəcəkdir. Artıq Azərbaycanda keçirilən sosial islahatlar dünyaya bir nümunə olmalıdır. Çünki Azərbaycan dövləti, Prezidenti hər bir vətəndaşının yanında olduğunu isbat edir. Düşünürəm ki, bu sosial, hümanist siyasət dünyaya nümunə olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə