“Müsavat-AXCP münasibətləri qarşıdurmalarla davam edəcək" RƏY-ÖZƏL
"Mövcud faktlara istinadən demək olar ki, hər zaman Müsavatla AXCP arasında rəğbət olub". Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, bu rəqabət heç də sağlam və normal olmayıb, qarşıdurma xarakteri daşıyıb: "Yəni adları çəkilən bu iki partiya arasında rəqabət bir-birlərini zəiflətməyə, sıradan çıxarmağa, yaxud da kimin güclü olmasına hesablanıb. Birincilik iddiası onların birləşməsinə imkan verməyib. Bu gün də, partiyalararası qarşıdurma davam edir. Hesab edirəm ki, iddialardan əl çəkilməsə bu iki partiyanın yenidən parçalanması qaçılmazdır. Ümumilikdə isə, bir daha qeyd etmək lazımdır ki, Müsavat-AXCP münasibətləri qarşıdurmalarla davam edəcək. Birlik istəkləri, inteqrasiya çağırışları boğazdan yuxarı deyilən fikirlərdir. Əməldə isə başqa addımlar atırlar. Bu isə, müxalifət üçün arzuolunmaz acı nəticələr verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB