"İsrail dövlətinin öz təhlükəsizliyini təmin etmək hüququ var" ÖZƏL-MÜNASİBƏT

"İsrail dövlətinin öz təhlükəsizliyini təmin etmək hüququ var" ÖZƏL-MÜNASİBƏT

“ABŞ prezidenti Donald Trampın Holand təpələrinin İsrailə məxsus olması barədə qərarı dünyada birmənalı qarşılanmasa da və buna etiraz edən dövlətlər zaman–zaman sakitələşəcəklər. Suriyaya məxsus olan və İsraillə müharibə zamanı itirilən bu torpaqlar təhlükəsizlik məqsədi ilə ələ keçirilib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, müsəlman ərəb dövlətləri əhatəsində mövcud olan İsrail dövlətinin öz təhlükəsizliyini təmin etmək hüququ var: “Normal şəraitdə bu torpaqların Suriyaya qaytarılması doğru olardı. Lakin ərəb ölkələrinin, hizbullahın və digər radikal dini təşkilatların təhdidi davam etdikcə İsrailin özünümüdafiə instikti təbidir. Yaxın illərdə isə bu münasibətin dəyişəcəyini zənn etmirəm. Trampın bu qərarı İsrailin təhlükəsizlik tədbirlərini dəstəkləməsi deməkdir. Bundan öncə isə Tramp Yerusalimin İsrailin paytaxı olaraq tanıması və ABŞ səfirliyinin bu ölkəyə köçürülməsi qərarı olmuşdu. O zaman da Rusiya və İran bu qərara qarşı çıxsalar da göründüyü kimi zaman keçdikdən sonra hətta bunu unutmağa başladılar. Rusiyanın isə bu məsələdə dili lap qısadır. Çünki, onun özü Ukraynanın böyük ərazisini işğal altında saxlmaqla yanaşı Krımı ilhaq edərək öz torpaqlarına qatmışdır. Bu da Trampı çox asanlıqla belə qərarı verməyə sövq etmişdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə