Ermənistana məxsus Qraparak qəzeti yazır ki, Milli Təhlükəsizlik Xidməti davamlı olaraq ölkədə rəy sorğusu aparır. Qəzetdə qeyd olunur ki, araşdırma hakimiyyət orqanlarının reytinqini və xalqın əhval-ruhiyyəsində hansı dəyişikliklərin olduğunu qeyd etmək üçün xarici araşdırma mərkəzləri tərəfindən aparılır.
Ermənistana məxsus aysor.am saytı Qraparak qəzetinə istinadən xəbər verir ki, Amerikaya məxsus bir təşkilatın araşdırmalarının nəticələrinə görə məlum olub ki, yanvar ayının sonunda Nikol Paşinyanın reytinqi təxminən 51% təşkil edirdi və enmə tendensiyası müşahidə olunurdu. Sözügedən saytda qeyd olunur ki, bu rəqəmlər Ermənistana məxsus rəy sorğuları ilə də çox cüzi fərqlərlə üst-üstə düşür.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB