“Azərbaycanın münaqişənin mərhələli şəkildə həllinə dair gözləntiləri var” RƏY-ÖZƏL
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində dörd, dövlət rəhbərləri səviyyəsində qeyri-rəsmi üç görüş baş tutub, martın 29-da da Vyanada dördüncü görüşün keçirilməsi nəzərdə tutulur. Bu görüşlər əsasən tərəflərin münasibəti və mövqelərin araşdırılması istiqamətində idi və konkret olaraq məsələnin həlli öz əksini tapmadı. İndiyə qədər keçirilən görüşlərdə vətəndaşların sülhə hazırlığı, regional inkişafla bağlı mühüm addımların atılması istiqamətində bir sıra məqamlara aydınlıq gətirilib”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, qeyri-adekvat çıxışları ilə yadda qalan Paşinyan separatçı qüvvələri üçüncü bir subyekt kimi danışıqlara cəlb etməyə cəhdlə sülh prosesini ləngidib: “Təbii ki, Azərbaycan da İrəvanın bu absurd cəhdlərini boşa çıxarıb. Ancaq Paşinyanın vaxtı tükənib və o artıq mövqeyinə aydınlıq gətirməlidir. Çünki apreldə Paşinyanın hakimiyyətə gəlməsinin ildönümüdür və o hesabat verməlidir”.
Azərbaycanın suveren ərazilərinin işğala məruz qalan və 1 milyon qaçqını olan tərəf olduğunu xatırladan A. Nağıyev söyləyib ki, Bakının istəyi işğalçıların torpaqlarımızı dərhal boşaltması və bununla da danışıqların digər mərhələsinin başlanmasıdır: “Azərbaycan birmənalı şəkildə bütün prinsipləri nəzərdən keçirib və öz ərazi bütövlüyü çərçivəsində sülh danışıqlarına hazırdır. Azərbaycanın substantiv danışıqların Madrid prinsiplərinə uyğun olaraq keçirilməsinə, yəni Qarabağ məsələsinin mərhələli şəkildə həllinə dair gözləntiləri var. Əks təqdirdə bütün məsuliyyət Ermənistanın üzərində qalacaq. İrəvan unutmamalıdır ki, Azərbaycan məsələnin hərbi yolla həllini də bir variant olaraq gündəmdə saxlayır və bu indiki reallıqda tamamilə mümkündür. Azərbaycan bu variantı 2016-ci ildə sınaqdan keçirib və ölkəmizə hər hansı bir irad tutulmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB