"Qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür" RƏY - ÖZƏL

"Qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür" RƏY - ÖZƏL

“Azərbaycan insan hüquq və azadıqlarının tam təmin olunduğu müasir demokratik və hüquqi dövlətdir. Azərbaycan dövləti vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşamaları, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini daim diqqət mərkəzində saxlayır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Dövlət tərəfindən vətəndaşlara xüsusi qayğı göstərildiyini, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyinin əsas götürüldüyünü deyən deputat söyləyib ki, sadalanan tədbirlər Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin humanist istiqamətlərindən birini təşkil edir.

Onun sözlərinə görə, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir: "Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, əfv olunan şəxslər minlərlə insanı əhatə edən, əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirir, o cümlədən Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər".

M. Xəlilov qeyd edib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir: "Bu kontekstdə əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılanır və ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrilir. Bu mənada dövlət başçısının imzaladığı əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunədir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə