Lənkəranlılar 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər - FOTO
Lənkəran rayonunda 20 Yanvar hadisələrinin 21-ci ildönümü münasibətilə ümumrayon hüzn mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yanvarın 20-də səhər saatlarından başlayaraq minlərlə rayon sakini şəhərin mərkəzində salınmış Şəhidlər Xatirə Kompleksini zəyarətə gələrək, azadlıq mücahidlərinə xatirəsini yad ediblər. Bu münasibətlə düzənlənən mitinqdə Lənkəran ŞİH aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edərək 20Yanvarın tariximizin qəhrəmanlıq səhifəsi olduğunu, dövlət müstəqilliyinin əldə olunmasında çox mühum rol oynadığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə şəhidlərini ruhuna fatihə surəsi oxuyub. Daha sonra Lənkəran ŞİH-nin başçısı Tofiq İbrahimov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sadə insanlar xatirə kompleksinin önünə əklillər və gül-çiçək dəstələri düzüblər.
Şəhidlər Xatirə Komleksinin ziyarətindən sonra tədbir iştirakçıları Nəcəf bəy Vəzirov adına Lənkəran Dövləd Dram Teatrında davam etdirilib.Burada "Şəhidlər unudulmur" adlı səhnələşdirilmiş tamaşaya nümayiş etdirilib. Adil Zeynalovun quruluş verdiyi tamaşada, əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Əbülfəz Axundov və başqaları ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB