Lənkəran Dövlət Universitetində 20 yanvara həsr olunmuş tədbir keçirilib
Lənkəran Dövlət Universitetində(LDU) 1990-cı il Yanvar hadisələrinin ildönümü qeyd olunub. Bu münasibətlə keçirilmiş silsilə tədbirlərdə universitetin müəllim və tələbə kollektivi ilə birlikdə ictimaiyyətin nümayəndələri də iştirak ediblər. LDU-nun mətbuat xidmətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, 20 yanvarın 21-ci ildönümünə həsr olunmuş tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açaraq bildib ki, 1990-cı ilin yanvar hadisələrində müstəqilliyimiz, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizədə yüzlərlə vətəndaşımız, o cümlədən 11 nəfər lənkəranlı həlak olub. Onların həyatı qəhrəmanlıq nümunəsidir.
Universitetin Tarix və fəlsəfə kafedrasının dosenti, tarix elmləri namizədi, dosent Əliağa Baxşıyev"20 yanvar günü- Azərbaycanın suverenliyi,istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda məruzə edib.Məruzə ətrafında LDU-nun YAP ərazi təşkilatının sədri Tofiq Paşayev, müəllimlərdən Məlahət Ağayeva, Qabil Əmənullayev çıxış ediblər.Universitetin dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı 1990-cı il Yanvar hadisələri ilıə bağlı şahidi olduğu hadisələrdən danışıb və şəhidlərə həsr etdiyi şerini oxuyub. Tədbir iştirakçıları 20 yanvar hadisələrinə həsr olunmuş foto sərgi ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB