Komitə sədri: “Azərbaycanda "halal" standartı hələlik müəyyən olunmayıb” - MÖVQE
"Azərbaycanda "halal" standartı hələlik müəyyən olunmayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Komitə sədri hər hansı bir məhsulun üzərinə "halal" yazılırsa, bu sadəcə olaraq ticarət nişanıdır deyə bildirib: " Halal standartı mübahisəli bir məsələdir. Bütün müsəlman ölkələrinə müraciət etmişik. Lakin bəzi problemlər var. Hazırda hər hansı bir məhsulun üzərinə "halal" yazılırsa, bu sadəcə olaraq ticarət nişanıdır".
Komitə sədri yeyinti məhsullarının keyfiyyəti ilə bağlı problemlərin olduğunu da bildirib: "Əsasən çörək istehsalında problemlər var. Ötən il yüzdən çox çörəkbişirmə sexinə cərimə sanksiyası tətbiq olunub. Lakin biz Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması sahədə işlər görürürük. Biz çalışırıq ki standartlarımız Avropada tanınsın. Bununla bağlı prezidentin göstərişi var. Ötən il 162 standart qəbul etmişik. Eyni zamanda Azərbaycanın yeyinti məhsullarından cemlər, şirələr, mürəbbələr Avropa ölkələrinə ixrac olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB