Ramiz Həsənov: “Bu ayın sonuna kimi Azərbaycanın milli saat etalonu müəyyənləşəcək”

"Yanvarın axırına kimi Azərbaycanın milli saat etalonu müəyyənləşəcək". SİA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, bu ayın axırına kimi milli saat etalonunun müəyyənləşdirilməsi barədə görülən işlər tam yekunlaşdırılacaq.

 

Ramiz Həsənov həmçinin komitə tərəfindən yeyinti və digər məhsulların keyfiyyəti ilə bağlı gündəlik yoxlamaların aparıldığını deyib: "Azərbaycan keyfiyyətsiz məhsulların gətirilməsinə gəldikdə isə buna nəzarət etmək bir az çətindir. Azərbaycan böyük ölkədir. Hansı yolla keyfiyyətsiz məhsulların gəlməsi çox vaxt bilinmir. Lakin biz bu sahədə nəzarəti həyata keçiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə