Musa Qasımlı: "20 Yanvar faciəsi ilə əlaqədəar həqiqətlərin gizlədilməsində Rusiyanın müəyyən maraqları var" - AÇIQLAMA

Musa Qasımlı: "20 Yanvar faciəsi ilə əlaqədəar həqiqətlərin gizlədilməsində Rusiyanın müəyyən maraqları var" - AÇIQLAMA
"20 Yanvar faciəsi Sovet rəhbərliyinin Mixail Qarbaçovun göstərişi ilə törədilib. Sovet rəhbərliyi öz vətəndaşlarına qarşı silah tətbiq etməklə qanlı cinayət törədib". Bu sözləri SİA-ya tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı faciə ilə əlaqədəar verdiyi açıqlamsında deyib. Millət vəkili bildirib ki, o zaman paytaxtda törədilən kütləvi qırğınlar böyük bir faciə ilə nəticələnib. Onun sözlərinə görə, bu hadisə sovet rəhbərliyi daxilində gedən ixtişaşların nümunəsi idi.

M.Quliyev söyləyib ki, faciə Azərbaycanı susdurmaq məqsədi daşıyırdı: "Bu, Azərbaycana olan münasibətin göstəricisi idi. Hesab edirəm ki, iyirmi yanvarla bağlı bir sıra üzə çıxmayan həqiqətlər var ki, onlar üzə çıxacaq. SSRİ-nin siyasi bürosunun, dövlət təhlükəsizliyi komitəsinin, müdafiə və daxili işlər nazirliklərinin arxivləri açılanda Bakıda törədilən cinayətin nə qədər qəddarlıqla həyata keçirildiyi, buna dair hansı göstərişlərin verildiyi aydın olacaq. O dövrdə Bakıda törədilən hadisələrin Rusiya ictimaiyyətinə geniş çatdırılması həmin dövrdəki sovet rəhbərliyinin bütün mahiyyətini ortaya qoyar, azərbaycanlılarda və dünya ictimaiyyətində nifrət hissini artırardı. Buna görə də həmin hadisənin gizlədilməsində və ya xüsusi diqqət yetirilməməsində Rusiyanın müəyyən maraqları var. Lakin buna baxmayaraq hesab edirəm ki, şəhidlərin qanı yerdə qalmayıb".

Millət vəkilinin fikrincə, hadisədən sonra ölkəmizin müstəqillik qazanması şəhidlərimizin qanının yerdə qalmaması qənaətini ortaya qoyur: "Amma nə qədər ki, torpaqlarımı işğal altındadır, qaçqın və məcburi köçkünlərimiz var, o vaxta qədər heç bir azərbaycanlı rahat ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə