Gəncədə kənd təsərrüfatı sahəsində çalışanlar üçün seminar keçirilib
Gəncə şəhərində kənd təsərrüfatı sahəsində çalışanlar üçün seminar keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, seminarın əsas məqsədi son vaxtlar gəmiricilərə qarşı mübarizə tədbirlərini gücləndirməkdən ibarətdir.
Seminarda Gəncə ətrafı rayonlardan təxminən 10-dan artıq fermer iştirak edib. Bitki Mühafizə Xidmətinin əməkdaşları da seminara qatılanlar arasında olub.
Bildirilib ki, əkin sahələrində gəmiricilərin qarşısının alınması üçün birinci növbədə aqrotexniki tədbirlər düzgün və vaxtında həyata keçirilməlidir. Səpin işlərinin gecikməsi də bu problemin artmasına səbəb olan əsas amillərdəndir.
Seminarda problemlə bağlı fikirlər nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyində məsələnin həlli ilə bağlı təkliflərin hazırlanacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB