“Xalq hiss etməlidir ki, dövlətin başçısı onun yanındadır" ÖZƏL-ŞƏRH

“Xalq hiss etməlidir ki, dövlətin başçısı onun yanındadır" ÖZƏL-ŞƏRH

“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçilərkən onun əsas tezislərindən biri o idi ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Gördüyünüz kimi istənilən halda, istənilən situasiyada , ən ağır məqamlarda belə cənab öz vətəndaşının yanındadır. Düz bir ay bundan öncə , biz 2019-cu ilin fevralın 5-6-da Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ olduğunu gördük və dövlət başçısı dərhal hadisə yerinə getdi, insanlarla görüşdü və onlara təsəlli verdi. Bununla belə, bütün müvafiq dövlət qurumlarını ora topladı və yerindəcə tapşırıqlar verdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Prezident bununla bir daha göstərdi ki, biz xalq üçün işləyirik və biz xalqın yanında olmalıyıq: “Xalq isə hiss etməlidir ki, dövlət, dövlətin başçısı və müvafiq qurumlar onun yanındadır. Bu əslində dövlət-vətəndaş münasibətlərinin ən gözəl bir nümunəsidir. Ölkə başçısı tapşırıqlarını verdi və bunun üstündən düz bir ay ötdü. Martın 6-da Prezidentimiz yenidən Ağsuya və Şamaxıya səfər etdi. Bu səfərdə məqsəd nə idi? Səfərdə məqsəd o idi ki, bir ay bundan öncə ölkə rəhbəri gələrkən bu zəlzələdən əzab, əziyyət çəkmiş insanlarla görüşdü və onlara söz verdi ki, mən bütün bu hadisələri nəzarətdə, diqqətdə saxlayıram. Düz bir ay keçməmiş cənab Prezident gəldi və eyni zamanda müvafiq qurumları toplayıb vəziyyətə yerindəcə nəzarət etdi. Məlum olur ki, artıq Şamaxıda 5 minə qədər, Ağsuda 1500-ə qədər, İsmayıllıda 1000-ə qədər evlər nəzarətə götürülüb və onlar qeydə alınıb. Artıq 88 evin sökülməsi ilə bağlı qərar qəbul edilib. Burada söhbət Ağsudan gedir. 65 ev artıq sökülüb və 38 evdə isə tikinti işləri başlanılıb. Bütün bunları cənab Prezident yerindəcə izləyir. Hələ 2012-ci ildə Zaqatalada, Balakəndə də zəlzələ olanda o zaman da cənab İlham Əliyev söyləmişdi ki, yeni tikilən binalar əvvəlkindən böyük, işıqlı, geniş olmalıdır. Vətəndaşlar əmindirlər ki, Prezident heç vaxt onları darda qoymayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə