Səbail rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edib

Səbail rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Mahnı Teatrının birgə təşkilatçılığı ilə "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev çıxış edərək, müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasından söz açıb. Qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rola malik olan qadınlar Prezident İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşib. Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini deyən natiq, söyləyib ki, bu gün qadınlarımız dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.
Təşkilat sədri bildirib ki, Səbail rayonunda yaşayan xanımlar öz səmərəli ictimai-sosial fəaliyyətləri ilə daim seçilib. Xanımların bütün uğurlarının və fəaliyyətlərinin hər zaman dəstəklədiyini qeyd edən Ş.Hacıyev onları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə ürəkdən təbrik edib.
Sonra rayonun ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən bir qrup qadına Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə