Əli Həsənov: “Azərbaycan beynəlxalq hüququn mövcud çərçivə və normalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən doğru addımları atır” - AÇIQLAMA

Əli Həsənov: “Azərbaycan beynəlxalq hüququn mövcud çərçivə və normalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən doğru addımları atır” - AÇIQLAMA
Azərbaycanın yeni Konstitusiyasi ilə təməli qoyulan demokratik dövlət quruculuğu prosesi, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu milli dövlət quruculuğu bütövlükdə ona istiqamətlənib ki, Azərbaycan transmilli dünyanın tərkib hissəsi olsun, dünyanın qabaqcıl sistemləri ilə, ölkələrlə, beynəlxalq təşkilatları ilə inteqrasiya olunsun. Bundan əlavə, dövlətimiz dünya iqtisadiyyatında, siyasətində mövcud olan müsbət təcrübələri daxili və xarici əlaqələrdə istifadə etsin və onlara qoşulsun. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdirinin sözlərinə görə, məqsəd budur ki, Azərbaycanda vətəndaşların maddi-mənəvi ehtiyaclarını daha dolğun təmin edək, beynalxalq münasibətlərin tərkib hissəsi olaraq Azərbaycan dövlətini dünya siyasətinə qataq. Ə.Həsənov vurğulayıb ki, biz bu əlaqələrdən Azərbaycanın milli maraqları üçün istifadə etməyi düşünürük.

Şöbə müdiri həmçinin ermənilərin Sudanda baş verən hadisələrin Azərbyacanda da baş verə biləcəyi ilə bağlı fikirlərinə də münasibət bildirib.

"Sudanın cənubunun şimalindan ayrılmasi Sudan xalqinin qəbul etdiyi qərardır, Dağlıq Qarabağ isə Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağdakı əsas əhali kütləsi ordan didərgin salınıb, orada yalniz erməni əhalisi qalıb. Bu səbəbdən Dağlıq Qarabağın taleyinin müəyyən olunması o vaxt referenduma çıxarıla bilər ki, həmin bölgəyə bütün əhali qayıtsın, onların əksəriyyətinin rəyi nəzərə alınaraq gələcəkdə bu ərazinin taleyi müəyyən olunsun. Dünyada beynəlxalq hüququn əsas normalarından biri ondan ibarətdir ki, heç bir ölkənin özünün icazəsi olmadan onun ərazisi başqa dövlətə verilə bilməz, onun ərazisində başqa hüquqi rejim yaradıla bilməz. Azərbaycan beynəlxalq hüququn mövcud çərçivə və normalarından istifadə edərək bu münaqişənin həlli ilə bağl ən doğru addımları atır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə