Daxili Qoşunlar komandanı Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ilə görüşüb
Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsində Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Daxili Qoşunların mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, General N. Özəlin şərəfinə Baş Qərargahda Fəxri Qarovul düzülüb. Qərargahda öncə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziayarət edən türkliyəli general sonra Xatirə Kitabına ürək sözlərini yazıb.
Daha sonra daxili işlər nazirinin müavini, Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov və Türkiyə Jandarma Qüvvələrinin baş komandanı arasında görüş olub. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB