"Sərəncamlardan 3 milyona yaxın vətəndaş yararlanacaq" AÇIQLAMA-ÖZƏL
“2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev açıqlamasında deyib.
O bildirib ki, sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcək əhalinin sayı, inflasiyaya dayanıqlığı hesablanıb: “Bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işləri məntiqi nəticəsidir. Prezident İlham Əliyev son iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə də söylədi ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək”.
M. Quliyev söyləyib ki, ölkə başçısının əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar, dövlət başçısı, millətin lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir: “Son müddətdə həm müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının və digər əhalinin rifahına təsir edən qərarların verilməsi də heç bir siyasi konnektura daşımır. Yəni bu nə seçki öncəsi, nə də seçki sonrası atılan addımlardır. Bildiyiniz kimi Azərbaycanda prezident seçkilərindən artıq 1 il müddət keçib və növbəti seçkilər də 2025-ci ildə keçiriləcək. Bütün bunlar konkret olaraq. dövlətin inkişafı, əhaliyə yönəlik siyasətin nümunəsidir”.
Komitənin üzvü qeyd edib ki, ötən günə qədər ölkə başçısı tərəfindən imzalanan sərəncamlar təxminən 2 milyon 2 min nəfəri əhatə edirdisə, Azərbaycan Prezidentinin 26 fevral tarixində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamı ilə artıq bu rəqəm 3 milyona yaxınlaşır: “Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB