Ərdoğan Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

Ərdoğan Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında" protokolu təsdiqləyib. SİA-nın verdiyi məlumata görə, protokolun təsdiq edilməsi barədə qərar "Rəsmi Gazete"də dərc edilib.

Sənəd Azərbaycan və Türkiyə arasında tibb və hərbi təhsil sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Xatırladaq ki, protokol 2018-ci il dekabrın 20-də Ankarada Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqun 11-ci iclasında imzalanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə