"Azərbaycan tərəfi milli maraqlarından çıxış edir" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə Azərbaycanın Avropa Şurası, Avropa Birliyi ilə əlaqələri barədə Ümummilli Lider Heydər Əliyev çox gözəl bir söz demişdir ki, “Azərbaycana Avropa nə qədər lazımdırsa, bir o qədər də Azərbaycan Avropaya lazımdır”. Yəni Avropa çalışır ki, Azərbaycana müəyyən təzyiqlər etmək üçün öz maraqlarına uyğun burada nəticələrə nail olsun". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
"Təbii ki, ölkəmiz də öz maraqlarına uyğun hərəkət edir və çox düzgün də münasibətlər qurur. Məsələn, Brüsseldə Avronest Parlament Assambleyası təsis edildi və Azərbaycan orada təmsil olunurdu. Sonralar isə Azərbaycana qarşı təzyiqlər artanda Azərbaycan Avronest-dən çıxdı. Bu Avropaya daha çox lazım olmayan məsələ idi. Ona görə də indi Şərq Tərəfdaşlığı Proqramına uyğun olaraq danışıqlar davam edir. Yəni Azərbaycan öz mənafeyini heç kimə güzəştə getmədən bərabər əməkdaşlığa hazırdır. Yəni Avropa artıq Azərbaycanı güclü bir dövlət kimi qəbul etmək məcburiyyətindədir. Ona görə də bu əməkdaşlıqdan hər iki tərəf bəhrələnəcək. Yəni Avropa Azərbaycana nə qədər demokratiya, sivil cəmiyyət quruculuğu prosesinə dəstək verirsə, o qədər də Azərbaycan onlara lazımdır. “Əsrin Müqaviləsi” imzalanandan sonra Azərbaycanın neft, qaz yataqlarından onlar bəhrələnirlər. Azərbaycan tərəfi özünün mənafeyini müdafiə edərək öz mənafeyindən çıxış edir. Yəni Azərbaycan artıq 1990-cı illərin əvvələrindəki Azərbaycan deyil”, - deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB