Lənkəran polisi qanvermə aksiyası keçirib

Lənkəran polisi qanvermə aksiyası keçirib

Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları qanvermə aksiyasında iştirak ediblər. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının qanköçürmə şöbəsinin müdiri Telman Zülfiqarovun SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, xeyriyyə tədbirinə 60-dan çox polis əməkdaşı qatılıb. Toplanılan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar müalicəsi üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Lənkəran rayonunda qan xəstəliyindən əziyyət çəkən 40 uşaq var .

Bütün xəbərlər Facebook səhifəmizdə