Dünən ölkəsini tərk edən Tunis prezidenti Zine Əl Abidin Ben Əli Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmi xəbər agenliyi "SPA" Tunis prezidenti və ailəsinin gəlişinin məmnuniyyətlə qarşılandığını yazıb. Adının açıqlanmasını istəməyən bir fransız səlahiyyətli isə Tunis prezidentinin Fransaya gələcəyi ilə bağlı yayılan informasiyalara cavab olaraq bildirmişdi ki, rəsmi Paris Zine Əl Abidin Ben Əlinin ölkəyə gəlməsini istəmir.
Günlərdir ki, ölkənin dörd tərəfində davam edən etirazlar bu həftə paytaxt Tunisdə də başlayıb. İnsanların küçələrə çıxmasının qadağan edilməsinə baxmayaraq, etiraz yürüşlərinin qarşısını almaq mümkün olmayıb. Prezident əvvəlcə daxili işlər nazirini işdən azad etmiş, daha sonra da 2014-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlamışdı. Bundan sonra da vəziyyətin sabitləşməməsi prezidenti məcbur edib ki, 6 ay ərzində parlament seçkilərinin keçirilməsi ilə bağlı bəyanat versin. Görünür, bu bəyanat da əhalini sakitləşdirə bilməyib və prezident əvvəllər vəzifəsindən getməyəcəyini açıqlasa da sonradan ölkəni tərk etməyə vadar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB