Bir aydır işsizlik, yoxsulluq və korrupsiyaya etiraz nümayişlərinin keçirildiyi Tunisdəki toqquşmalarda ölənlərin sayı 28 nəfərə çatıb. Küşəyə çıxma qadağasına baxmayaraq hadisələr Tunisin mərkəzinə də sıçrayıb. SİA-nın xəbərinə görə, paytaxda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar olub.
Nümayişçilər gecə saatlarında polisə və ətrafdakı binalara hücum edib. Atışmalarda ən azı 4 nəfərin vurularaq öldürüldüyü bildirilir. Müxalifət həftə sonundan bəri ən azı 50 nəfərin öldüyünü bildirir. Polis nümayişlərinin qarşısını ala bilmədiyi üçün paytaxta ordu qüvvələri yeridilib. Küçələrdə zirehli hərbi avtomobillər gəzir.
Dövlət başçısı Zeynəl Abidin Bin Alinin daxili işlər nazirini vəzifədən uzaqlaşdırmasına, həbsdəkilərin azadlığa buraxılmasını tapşırmasına baxmayaraq toqquşmalar ölkə ərazisinə yayılır. Yoxsulluq, korrupsiya və işsizliklə bağlı şüarlar sırasına indi fikir azadlığı, toplanma azadlığı kimi siyasi şüarlar da əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB