"Əli Kərimli həmişə xaricdən gələn vəsaitləri mənimsəyib" ÖZƏL-MÜNASİBƏT

"Əli Kərimli həmişə xaricdən gələn vəsaitləri mənimsəyib" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin məhkəmə prosesini mətbuat vasitəsilə izləyirəm. Yəni orada tək pul alan insanlar deyil, həm də paytaxt Bakıda əyləşib xarici valyuta mübadiləsi aparan insanların da məhkəmədə verdiyi izahatları oxuyuram”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisinin sözlərinə görə, onların hər biri etiraf edir ki, bu ayrı-ayrı adamlardır: “Hətta yeri gələndə heç onlar Əli Kərimlinin özünü də tanımırlar. Onlar bildirirlər ki, ay ərzində Əli Kərimliyə 20-30 min dollar pulu çatdırıblar. Bu proses hal-hazırda bu gün də gedib. Yəni Rusiyada işləyib və orada olan insanların Azərbaycana pul göndərməsi mübadiləsi var. Bu həm bank, həm də qara bazar vasitəsilə həyata keçirilir. Amma bütövlükdə Rusiyadan göndərilən 2 milyon dollar vəsait öz faktını tapır. Hətta mən konkret olaraq inanıram ki, Əli Kərimli Rusiyadan maliyyə alırdı. Mən sizin diqqətinizə bir neçə il bundan öncə Rusiyada general rütbəsində olan Sakit Allahverdiyevi çatdırmaq istərdim. O dövrdə mətbuatda açıqlama getmişdi və həmin general etiraf etmişdi ki, o Qənimət Zahidova, Əli Kərimliyə 100 minlərlə dollar, manat və rubl vəsait öddəyib. Bu sözügedən general əslən gürcüstanlı idi və Rusiyada Ədliyyə sistemində işləyirdi. Həm də həmin illərdə Q.Zahidovun Moskvaya səfərləri olmuşdu. Ümumiyyətlə onun pul işinə hər zaman Q.Zahidov baxıb. O İrana, Rusiyaya səfərlər edib. İndi isə Avropa ölkələrində Əli Kərimlinin pul işinə o baxır. Düşünürəm ki, bunlar həqiqətdir və məhkəmə prosesində bütün faktlar ortaya çıxır.

Mən birmənalı şəkildə cəmiyyətə çatdırmaq istəyirəm ki, Əli Kərimli hər zaman xarici maliyyə imkanlarını əldə edib və xaricdən gələn vəsaitləri qazanıb. Bu adam 25 ildir heç bir əmək fəaliyyəti ilə məşğul deyil. Onun övladları İngiltərədə yaşayır və ən bahalı illik təhsil haqqı 200 min manatlıq olan universitetləri bitirib. Bəs bu vəsaitin ödənilməsi hardandır? O mitinqlər keçirir və bəlli olur ki, rayondan gələnlərə yol və benzin xərcləri verilir. Bu da onu göstərir ki, Əli Kərimli xaricdən maliyyələşən bir şəxsdir.

Ötən il Əli Kərimlinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən onun üzərindən pul çıxmışdı. O hal-hazırda cəzaçəkmə müəssisəsindədir və ona hökm kəsilib. Deməli fakt ortaya çıxdı ki, Gözəl Bayramlı bir il ərzində Gürcüstana 43 dəfə səfər edib. Bildiyiniz kimi bir çox hallarda xaricdən maliyyələşənlər Gürcüstan üzərindən bunu reallaşdırırdılar. Bu bir daha onun fakt, sübutunu ortaya çıxarır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə