Əli Kərimli – maliyyə maxinatoru, siyasi korrupsioner, yoxsa... ŞƏRH

Əli Kərimli – maliyyə maxinatoru, siyasi korrupsioner, yoxsa... ŞƏRH

AXCP sədri oğru olduğunu etiraf edir!

Bəlli olduğu kimi, AXCP sədri Əli Kərimliyə və ona yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənildiyi kimi, gəlinən qənaətlər birbaşa Ə.Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır ki, onların hər biri ayrı-ayrılıqda etiraf olundu. Ən maraqlı nüans isə da bu pulların AXCP sədrinin birbaşa cibinə məhz Rusiyadan axıdılmasıdır. Ancaq bu pulların onun tərəfindən mənimsənilərək, heç də partiyasının maraqlarına xərcləməməsi iddiaları artıq onun maliyyə maxinatoru, siyasi korrupsioner və ən əsası, oğru olduğunu təsdiq edən danılmaz faktlara söykənir...

Əli Kərimli, bəs 600 min manat hanı?

Faktlar ətrafında, yəni 412 min dolların necə və haraya xərclənməsi ətrafında yenidən xüsusi araşdırma aparmağa da ehtiyac yoxdur. Məsələn, AXCP sədrinin keçirdiyi aksiyaları göz önünə gətirsək, onların təşkili üçün böyük vəsaitin lazım olmadığı aydınlaşar. İki ildə keçirilən bütün aksiyalara Kərimlinin həmin müddətdə aldığı 412 min dolların (bu məbləğ haradasa, 700 min manatı təşkil edir – R.N.) ən yaxşı halda onda biri xərclənə bilərdi. Bəs qalan pullar, yəni 600 min manatı Kərimli haraya gizlədib? Təbii ki, Londondakı oğlunun sübutlara əsaslanan şəkilli, vodeolu “sex-gay-parti”lər təşkil etməsinə, arvadının bitib-tükənməyən bazar tələblərinə və əlbəttə ki, bir sıra şəxsi biznes sahələrinə!

Əbülfəz Elçibəyin müalicəsi üçün göndərilən 90 min dollar da Əli Kərimlinin boynundadır!

Daha bir reallıq isə, Ə.Kərimlinin ümumiyyətlə, AXCP-də olduğu müddətdə, hətta Əbülfəz Elçibəyin dövründə - “Yurd” qruplaşması yaratdığı vaxtlarda dəfələrlə bənzər maliyyə-maxinasiya oyunları oynadığının sübutudur. Yəni Kərimli siyasi dividendlər pərdəsi altında şəxsi mənfəətlərini artırmaqla məşğul olub, özü də uzun illər. Təkcə, “Yurd həqiqətləri” kitabında onun hansı maliyyə maxinasiyalarına getməsi, hətta Türkiyədən Əbülfəz Elçibəyin müalicəsi və digər xərcləri üçün Kələkiyə göndərilən 90 min dolları necə çapıb-talaması faktları onun maskasını cırıq-cırıq edir!

Lakin bu gün Ə.Kərimlinin məhkəmə hökmünə qarşı absurd iddialarla çıxış etməsi bir daha onun özünün bu kimi kirli işlərdə əlinin olduğunu sübut edir. Maraqlı bir ipucu vermək yerinə düşrədi. Misal üçün, AXCP sədri cibinə qanunsuz maliyyə axınını təmin etmək üçün illərdir ki, öz ətrafını, ona inanaraq, partiyasına üzv olanları ard-arda həbslərə göndərir. Ancaq pafoslu çıxışları ilə insanların, gənclərin beyinlərini zəhərləyən Ə.Kərimli hansı səbəbdənsə həbsə düşmür. Hətta saxlanılırsa belə, beş-on dəqiqəlik polis avtobusunda, yaxud məntəqəsində çırpınmağa başlayır qorxur, ürpənir!

Qorxur ki, barəsində olan maxinasiya faktları daha çılpaq şəkildə ictimai rəyin diqqətinə çatar və onun “mən birləşmiş müxalifətin lideriyəm” tipli bəyanatları hava olub-buxarlanar. Belə ki, barəsində gedən məhkəmə işlərinin hər biri də məhz onun qorxduğu səmtə doğru yönəlməkdədir.

AXCP sədrinin 8 milyon 388 min manatlıq maxinasiyaları da hələ uzun müddət müzakirə mövzusu olacaq

Məsələn, Ə.Kərimli heç də unutmamalıdır ki, onun və yaxın qohumlarının müxtəlif banklar vasitəsilə həyata keçirdikləri 8 milyon 388 min manatlıq maxinasiyaları hələ uzun müddət müzakirə mövzusu olacaq.

Qısa bir xatırlatma - Ə.Kərimli iddia edirdi ki, indiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almayıb, heç bir bankdan kredit götürməyib və heç bir bankda heç bir hesabı olmayıb, heç bir şəxsdən pul-para almayıb (?!) Yalnız bir dəfə Beynəlxalq Bankda xüsusi hesab açıb ki, 2005-ci ildə parlamentə seçildiyi, amma mandatının ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alıb. Ancaq sonradan bəlli oldu ki, bank sənədlərində Ə.Kərimli 2008-ci ildə "Texnikabank"dan 145 min manat məbləğində kredit götürdüb. Ə.Kərimli götürdüyü krediti elə həmin ildə də ödəyərək borc hesabını büsbütün bağlayıb. Deməli, Ə.Kərimli kredit götürüb! Hərçənd ki, o, bu gün də bu faktı təkzib etməyə çalışır.

"Cəbhə" sədrinin söylədiyi hər bir fikir onun öz əleyhinə işləyir

Onu da xatırlatmaq yerinə düşərdi ki, bir Ə.Kərimli bayraqdar Elman Türkoğlunun artıq neçə illərdir ki, iddia etdiyi "30 milyonluq villa" bəyanatını da təkzib edə bilməyib. E.Türkoğlu demişdi: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir? Bilgəhdəki 3,5 milyonluq villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də 20-30 manat pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"

Beləliklə, bütün bu açıqlamalar ilginc nəticələr ortaya qoyur. Heç bir yerdə işləməyən Ə.Kərimli, xaricdə yaşayan oğlu Türkel Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib?

Məhz bütün bu fikirlərdən və qabaqcadan gəlmişliklərdən aydın olur ki, Ə.Kərimli nə qədər özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri təkzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir. O, həqiqətən də maliyyə maxinatoru, siyasi korrupsioner və oğrudur!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə