Müdafiə Nazirliyinin xeyli sayda zabit və gizir əşya əmlakı və istifadə olunmayan məzuniyyət əvəzinə kompensasiya alıb

Müdafiə Nazirliyinin xeyli sayda zabit və gizir əşya əmlakı və istifadə olunmayan məzuniyyət əvəzinə kompensasiya alıb

Müdafiə Nazirliyi strukturunda xidmət edən xeyli sayda zabit və gizir əşya əmlakı və istifadə olunmayan məzuniyyət əvəzinə kompensasiya alıb. Bunu SİA-ya açıqlamasında "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərov deyib. Ötən 1 il müddət ərzində təşkilata müraciət edənlərin 238 nəfər olduğunu deyən sədr şikayətçilər tərəfindən daxil olan ərizələrin sayının 365 olduğunu vurğulayıb: "Müraciətlərin kateqoriyaları üzrə əşya əmlakı əvəzinə pul kompensasiyası tələbi 54, istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası tələbi 65, 3-cü qat əmək haqqı 49, icbari dövlət sığorta pulu tələbi 39, ərzaq əvəzinə pul kompensasiyası tələbi 5, mənzil hüququnun təmin olunması tələbi 24, pensiya hüququnun təmin olunması tələbi 8, "Müharibə Veteranı" adının verilməsi tələbi üzrə 11, "Şəhid" adını verilməısi tələbi üzrə 11, digər məsələlər üzrə isə 78 olub. Eyni zamanda müraciət edən 238 nəfərdən təşkilata etibarnamə verənlərin sayı 136 nəfər olub və bu 136 etibarnamə verənlər tərəfindən qaldırılan məsələlərin ümumi sayı isə 261 nəfər olub".

 

İctimai birliyin rəhbəri eyni zamanda 2010-cu il ərzində qaldırılan məhkəmə iddialarının ümumi sayının 99 olduğunu və bu iddiaların 125 məsələni əhatə etdiyini söyləyib: " Yekunlaşmış məhkəmə işlərinin sayı 56-dır hansı ki, onlardan 53-ü layihə çərçivəsində öz həllini tapıb. Qazanılmış məhkəmə işlərinin sayı 46, uduzulan məhkəmə işlərinin sayı 7, baxılmamış qalan işlərin sayı 3, icraatda olan məhkəmə iddialarının sayı 36, göndərilmış sorğuların sayı isə 81 olub".

Bütün xəbərlər Facebook səhifəmizdə