“Sosial şəbəkələrdə təhqirə yol verənlər mütləq şəkildə öz layiqli cəzalarını almalıdırlar” İqbal Məmmədov
"Artıq dəfələrlə sübuta yetirilib ki, qloballaşan dünyamız həm də, internet və sosial şəbəkələr dövrüdür və bu gün istər xarici ölkələrdə, istərsə də Azərbaycanda hər bir insan müasir informasiya texnologiyalarından istifadə edilir, yararlanır". Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, təəssüf ki, bir sıra bədxah qüvvələr bu kimi vasitələrdən çirkin məqsədləri üçün istifadə edərək, fəaliyyətlərini Azərbaycan dövləti, bu dövlət üçün fəaliyyət göstərən müəyyən şəxslər əleyhinə yönəldirlər: "Söz yox ki, hər hansı bir məsələnin tənqid edilməsi demokratiyanın, prüalizmin göstəricisi sayıla bilər. Lakin tənqidlərin təhqirlərlə əvəzlənməsi nə milli mənafeyimizə, nə də ki, milli heysiyyatımıza yaraşmayan bir haldır. Çünki media və ya sosial şəbəkələr vasitəsilə dövlət xadimlərini, məmurları təhqir etmək, həm də mənəvi terror olaraq qiymətləndirilə bilər".
"Əlbəttə, bu kimi hallar normal düşüncəli cəmiyyəti də ciddi şəkildə narahat edir və belə narahatlıqlar əsassız deyil" bildirən deputat həmçinin bildirib ki, ümumiyyətlə siyasi mübarizə adlandırılan məfhum heç vaxt çərçivədən çıxarılmamalı, bu şəkildə ictimaiyyətə təqdim olunmamalıdır: "Fakt budur ki, bu gün Azərbaycanda davamlı sosial, o cümlədən iqtisadi islahatlar həyata keçirilir və bütün bunlar bilavasitə vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Əbəs deyil ki, Prezident İlham Əliyevin şəhid ailələrinə, onların varislərinə, müharibə əlillərinə, o cümlədən iştirakçılarına göstərdiyi diqqət və qayğı bu reallıqları əks etdirməkdədir. Bu, həm də Azərbaycanda mövcud olan əsaslı sabitliyin də bir hissəsidir. Çünki sabitlik olmadan, hər hansı uğuru əldə etmək olmaz.
Ümumiyyətlə, Cənab İlham Əliyev tərəfindən son dövrlərdə imzalanmış Fərman və Sərəncamlar bütövlükdə qeyd edilən amilləri kifayət qədər təsdiq edir. Vətənini, dövlətini sevən hər bir azərbaycanlı bu addımları alqışlayır, fərəh hissi keçirir".
"Hesab edirəm ki, artıq dövlətin və dövlət rəhbərliyinin apardığı məqsədyönlü, uğurlu siyasətinə qarşı çirkin xislətli addımlar atan, təhqirlər edən fərdlərə qarşı qanunvericilikdə müəyyən dəyişikliklər edilməli, belələri mütləq şəkildə öz layiqli cəzalarını almalıdırlar”, deyən İqbal Məmmədov əlavə edib ki, belə addımların hər biri inkişafımıza, tərəqqimizə qarşı atılan addımlardır və zamanında qarşısının alınması zərurəti yaranır: “Daxili və xarici qüvvələr bilməlidirlər ki, bu ölkə qanunlarla idarə olunur və qanunları pozmağa yönəlmiş istənilən addımın qarşısının alınması üçün müvafiq tədbirlər də görülür. Deyərdim ki, bu eyni zamanda, dövrün, həm də xalqın çağırışıdır".
Rövşən NURƏƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB