Avropa Komissiyasının prezidenti Bakı Dövlət Universitetinin fəxri doktoru olacaq

Avropa Komissiyasının prezidenti Bakı Dövlət Universitetinin fəxri doktoru olacaq

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və onu müşayət edən Avropanın enerji məsələləri üzrə komissarı Qünter Ottinqer yanvarın 13-14-də Azərbaycana səfər edəcək. SİA-nın əldə etdiyi xəbərə görə, Bakıya yanvarın 13-də gələcək Barrozo günorta saatlarında prezident İlham Əliyevlə görüşəcək. Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı respublikanın Avropaya inteqrasiyası, energetika sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ nizamlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

 

Bundan əlavə, yanvarın 14-də Avropa Komissiyası rəhbərinin Bakı Dövlət Universitetində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. J.Barrozu BDU-nun fəxri doktoru diplomu ilə təltif ediləcək.

 

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramına dəyişiklik edilib. Joze Manuel Barrozonun bölgəyə səfəri Azərbaycandan başlayacaq. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə