Paşinyanın Moskva səfərinin utancverici MƏQAMLARI

Paşinyanın Moskva səfərinin utancverici MƏQAMLARI

Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirdiyi mətbuat konfrasının utancverici məqamlarını açıqlayıb. SİA-nın xəbərinə görə, partiyanın sədr müavini öz “Facebok” səhifəsində belə qeyd edib:

1. “Moskvada Avrasiya İqtisadi Birliyinə sədrliklə bağlı danışarkən Paşinyan bu təşkilata üzvlüyü yenidən səhv addım kimi xarakterizə edib. Qəti şəkildə səsləndirilən bu qiymətləndirmə onun hakimiyyəti dövründə meydana çıxan erməni-rus münasibətləri ilə bağlı bütün problemlər ortaya çıxarmış olur. Hansı ki, aylardır Paşinyan bu istiqamətdə danışılanları təkzib edərək əlaqənin əvvəlki kimi yaxşı və güclü olduğunu bildirirdi.

2. “İslam dövləti”nin yaradılmasının Obamanın prezidentliyi dövründə Amerika qoşunlarının çıxarılması ilə əlaqələndirməsi geosiyasət və regional proseslər haqqında heç bir məlumata malik olmadığını göstərir.

3. Düşənbə görüşündən sonra canlı efir vasitəsilə görüşün nəticələrini açıqlayan Paşinyan özünü danışıqların etika və məxfiliyini qoruyan Nikol Paşinyanla əvəzləyib. Artıq digər görüşlər haqqında (Sankt-Peterburq və Davos) erməni ictimaiyyəti xarici mənbələrdən öyrənir.

“Bir daha əmin oluram ki, Nikol Paşinyan yalnız daxildə baş nazirdir və heç vaxt ölkəni təmsil etmək qabiliyyətinə malik deyil “, - deyə Armen Aşotyan sonda qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə