"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Əli Kərimli siyasətçi hesab edilə bilməz "
"1990-cı illərdə bir-biri ilə çox amansız şəkildə mübarizə aparan, bir-birinin prinsiplərini qəbul etməyən, bir-birinə qətiyyət hörmət etməyən müəyyən siyasi təşkilatlar və onların rəhbərləri bu gün bir yerdə sanki heç nə olmamış kimi addımlamaqda davam edirlər". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, əslində bu onların məşğul olduqları, apardıqları mübarizəyə prinsipsiz yanaşdıqlarının bariz nümunəsidir: "Əgər ortada prinsip olsa, prinsipial bir münasibət olsa keçmişi unutmadan hər şeyi nəzərə almaq şərti ilə ləyaqətlə və şərəflə mübarizə yollarında addımlayarlar. Amma bu gün onların yenidən bir yerdə olması açıq şəkildə göstərir ki, sadəcə mənafelər üstündə qruplaşıblar və ortada ideoloji siyasi prinsiplər yoxdur. Təkrara edirəm ki, müəyyən mənafelərdən söhbət gedir. Belə mənafelərin üstündə yaranmış qruplaşmalar, mehribanlaşmalar uzun çəkə bilməz. Onlar hansısa bir mərhələdə yenə də müəyyən ziddiyyətlərin qarşısında dağılacaqlar. Müxalifətin bu günkü birlikləri uzun ömürlü olmayacaq. Cəmiyyətimizdə nə yaxşı ki, yaxın keçmişdə baş verən hadisələri xatırlayır və bilir ki, belə ittifaqların üzərində qurulan, aparılan siyasi mübarizənin hər hansı bir nəticəsi ola bilməz. Hər kəs özü haqqında yüksək fikirdə ola bilər, o cümlədən də Əli Kərimli. Amma insanların siyasətdə çəkisini onun özü haqqında hansı fikirdə olması yox, cəmiyyətin, siyasi dairələrin, kənardan baxanların münasibəti müəyyənləşdirir. Əsl siyasi liderin cəmiyyətdə nüfuzu, mövqeyi, çəkisi onun malik olduğu sosial baza ilə ölçülür, onun malik olduğu seçici elektoratı ilə ölçülür, onu geniş beynəlxalq əlaqələri ilə ölçülür, ölkənin daxilində malik olduğu böyük resurslarla müəyyənləşir. Amma sadalanan bu arqumentlərin heç birinə Ə. Kərimli sahib deyil. Ə. Kərimlinin özü haqqında hansı fikirdə olmağından asılı olmayaraq, əsl reallıq tamamilə başqadır. Ona görə, düşünürəm ki, onun aksiyalarda özünü başqalarından daha üstün tutması, ən azı birinci növbədə onun dünənə qədər müttəfiq olduğu siyasi partiya liderləri reaksiya verəcəklər. Burda söhbət onların illər boyu qazandığı siyasi dividentə bu gün başqalarının o cümlədən Ə. Kərimli müəyyən mənada sahib çıxmaq cəhdindən gedir. Ona görə də, onların buna etiraz edəcəklərini və yaxuda ki, mövqe ortaya qoyacaqlarını mən gözləyirəm".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB