Nar Mobile Yeni ildə uşaqları bir daha sevindirdi

Nar Mobile Yeni ildə uşaqları bir daha sevindirdi

Nar Mobile tərəfindən uşaqlar üçün Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edib.

SİA-nın xəbərinə görə, Nar Mobile-ın təşəbbüsü ilə yanvarın 8-də "Landmark" biznes mərkəzinin "Rotunda" zalında bir neçə uşaq evinin iştirakı ilə 300 uşaq üçün Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edilib. Aksiyanı keçirməkdə əsas məqsəd, ata-ana məhəbbətindən, valideyn nəvazişindən məhrum olan uşaqlara sevinc dolu gün bəxş etməkdir. "Rotunda" zalında keçirilən tədbir zamanı, estrada ulduzları uşaqlar üçün şən əyləncəli proqram təqdim edilib.

Daha sonra teatr səhnəmizin sevimli aktyorları körpə balalara, Yeni il nağılı tamaşasını göstərərək onları sevindiriblər.

Tədbirin sonunda Nar Mobile tərəfindən, balacalara hədiyyələr təqdim edilib.

Sosial layihələr ilə seçilən Nar Mobile ölkəmizin gələcəyi olan uşaqları hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olan uşaqları dəstəkləmək, ümumiyyətlə Azerfon MMC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə