“Müxalifətin bu gün Azərbaycanda sərbəst şəkildə aksiyalar keçirməsinin ölkəmizdə demokratiyanın inkişafından xəbər verir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bildiyiniz kimi, kütləvi aksiyaların keçirilməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun tələblərinə uyğun həyata keçirilir: “Toplaşmaq azadlığı konstitusiyamızda da təsbeh olunub. Bu hüquqdan da, hər kəs o cümlədən xarici maraqlı dairələrin əlində alətə çevrilən müxalifətdə istifadə edir. Amma təəssüflər olsun ki, dağıdıcı müxalifət Qərb dövlətlərinə və dünya ictimaiyyətinə belə bir fikir aşılmaq istəyir ki, guya Azərbaycanda onların bu hüquqları pozulur. Amma gerçəkdə isə onlar bu hüquqdan yararlanırlar. Yəni müxalifətin aksiyalar keçirilməsi üçün də normal şərait yaradılıb. Dünya ictimaiyyəti də bunu çox gözəl görür ki, müxalifətin aksiya keçirməsi üçün hər cür şərait yaradılır. Amma cəmiyyət müxalifətin aksiyalarına dəstək vermir. Çünki müxalifətin ictimaiyyət arasında nüfuzu olmadığı kimi, sosial bazası da yoxdur. Əslidə, müxalifət heç özü d bilmir nə istəyir. Sadəcə olaraq, hər hansı bir məsələ ortaya çıxanda beynəlxalq təşkilatların maraqlanandan çıxış edərək onun ardınca qaçır və yerli-yersiz o məsələdən yapışır və kütləvi aksiya keçirməyə cəhd göstərir. Amma aksiyalar müxalifətə rüsvayçılıq gətirir. Əgər bundan sonrada mitinqlər keçirsələr, uğursuzluq təkrarlanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB