Mehmanşou davam edir... TƏRS BAXIŞ

Mehmanşou davam edir... TƏRS BAXIŞ

Cəmil Həsənli isə ad saymaqla məşğuldur

Müxalifət düşərgəsində "Mehman-şou" davam edir. Belə ki, “Milli Şura”nın təyin elədiyi növbəti mitinqi əsasən, bloqer Mehman Hüseynovun zorla boynuna qoyduqları “aclıq aksiyasına” həsr olunub. “Milli Şura”nın ipli kuklası, yəni AXCP sədri Əli Kərimli tərəfindən idarə edilən Cəmil Həsənli isə düşüb “Facebook” sosial şəbəkəsinin canına və gecə-gündüz ad saymaqla məşğuldur. Filankəs...behmənkəs və daha hər hansısa bir kəs “aclıq” edirlər və bu “aclıqlarını” “Mehmana dəstək aksiyası” adı altında keçirirlər və s. Halbuki, ictimai rəyə sırımaq məqsədi daşıyan bu cür davranışlar artıq çoxdan köhnəlib və kimsədə təəccüb-filan yaratmır. Söz yox ki, bu məsələnin arxasında necə deyərlər, ingilis, fransız, amerikalı, hətta macar (!) barmağının dayanması şübhəsizdir, axı Corc Soros əslən macardır...

Mənəviyyatsızlığa, rüsvayçılığa və dəyərlərə önəm verməyənlərdən bütün pislikləri gözləməyə dəyər!

Yəni bunlara elə bir mahna lazımıymış ki, düşsünlər ortaya, şalvar-tumanlarını başlarına çəkərək, gecə kabarelərinin sərxoş və pulları kəm verilmiş fahişələritək üz-gözlərini cırsınlar, bu vasitə ilə kənardakıların diqqətini özlərinə cəlb etsinlər. Çünki biz, dəfələrlə bənzər halların şahidlərinə çevrilmişik. Həmin hal isə göründüyü kimi, yenidən təkrarlanır.

Lakin məsələ ondadır ki, həmin mitinqə qatılmaq fikrində olanlar çox yəqin, mətbuatda istər M.Hüseynov, istər onun qardaşı Emin Hüseynov və onları dəstəkləyənlər barədə kifayət qədər danılmaz faktlara, sübutlara əsaslanan ictimailəşdirilmiş məlumatları oxuyublar. Misal üçün, oxuyublar ki, M.Hüseynovu istər yerli, istərsə də xarici QHT və s. təşkilatların təmsilçiləri ziyarət ediblər, onun özü isə aclıq aksiyası keçirmədiyini fakt (!) etiraf edib.

Yaxud biz, bugünlərdə M.Hüseynovun öz cinsindən olan oğlan sevgilisi barədə də məlumatları ictimai rəyin diqqətinə çatdıraraq, belə bir mənəviyyatsızlığın heç bir normal məcraya, çərçivəyə sığmaması, bu cür xəstə təfəkkürə malik fərdlərin cəmiyyətə heç bir səmərə verməməkləri, əksinə, gəncliyimizə zərbə vurmaları barədə sənədli-sübutlu yazı ilə çıxış etdik. Ancaq bu reallıqları ya qəsdən, ya da bilərəkdən gözə almayanların yenidən M.Hüseynovun “aclıq aksiyası” ətrafında var-gəl etmələri belə nəticəyə gəlməyə zəmin yaradır ki, sabah onu dəstəkləyənlər də bənzər mənəviyyatsızlıq addımları ata biləcək qədər alçaq, rəzil ünsürlər toplumunun nümayəndələridirlər. Başda Cəmil Həsənli, Əli Kərimli olmaqla, NİDA-çı, yaxud da digər lüzumsuz təşkilat üzvlərinədək!

Xədicənin doyumsuz mədəsinin bir hücrəsi “aclıq aksiyasına” aid deyil...

Yeri gəlmişkən, o da əbəs deyil ki, qrant qoxusu gələn Mehmanşou sirk tamaşasından Xədicə İsmayıl da bəhrələnməyə başlayıb. Ona görə əbəs deyil ki, elə Xədicənin özü də qeyri-ənənəvi cinsi əlaqələr tərəfdarı olaraq (onun bu cür məsələlərdə pərgar olması barədə videomaterialların şkalası həddini belə keçmişdi) bu kimi hallardan bəhrəsini dadıb. İndi onun üçün M.Hüseynovun öz həmcinsi ilə sevgili olması faktı maraqlı deyil, onun (və digərləri) üçün maraqlı olan M.Hüseynovun adı altında qrant kisəsini artırmaqdır ki, buna görə də gündüzlər “ac” qalıb, gecələr isə qidaəvəzi vitaminlər, yoğurtlar və s. məhsullardan guppuldatsın böyük, doyumsuz mədəsinin bir hücrəsinə...

Niyə Cəmil, Əli və sairləri “aclıq aksiyasına” qoşulmurlar..?

Bu gün hay-haray edən C.Həsənli, Ə.Kərimli və digərləri nəyə görə bu kimi “aclıq aksiyalarına” qoşulmurlar? Ancaq kim ki, desə “mən sabahdan aksiyaya qoşuluram”, onun adı dərhal çəkilərək, “qəhrəman” elan edilirlər. Hətta cəbhədə düşmənlə üz-üzə dayanan, yaralanan, şəhid olan əsgərlərimizdən belə, üstün tututular belə həmcins sevgisini dəstəkləyən mənəviyatsızlar!

Bax, reallıq da budur. Reallıq budur ki, atalarımız demişkən, uzunqulaq anqırıb, tayını tapar...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə