Erməni deputatların ilk iclasda səriştəsizlikləri üzə çıxdı KURYOZ

Erməni deputatların ilk iclasda səriştəsizlikləri üzə çıxdı KURYOZ

Bu gün Ermənistan parlamentinin 7-ci çağırışının ilk iclası keçirilib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, yeni seçilmiş deputatlar ilk cəhddən qeydiyyatdan keçməyi bacarmayıblar.

Belə ki, deputat Knyaz Hasanovun qeydiyyatdan keçmək üçün deputatlara çağırışından sonra yalnız 100 deputat bunu edə bilib. “32 deputat qeydiyyatdan keçməyib. Yenidən qeydiyyatdan keçin”, deyə o bildirib.

Yalnız 2-ci cəhddən sonra yerdə qalan deputatlar qeydiyyatdan keçə biliblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə