Fransa prezidenti Emmenuel Makronun istefasını tələb edən 150 nəfər Parisdə həndbol yarışları üçün yeni tikilən binanın qarşısına toplaşıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Makron ötən gün Həndbol Evinin açılışında iştirak edib.
Mitinqdə bir neçə peşə təşkilatları çıxış edib, aksiyaya “sarı jilet”lilərin aktivləri də qoşularaq hökumətin siyasətinə qarşı ümumi cəbhə yaradıblar.
“Makron, işçilər küçədədir”, - deyə etirazçılar çağırış ediblər. Etiraz aksiyası zamanı polislə kiçik qarşıdurmalar yaşanıb və qarşıdurma zamanı gözyaşardıcı qaz istifadə edilib.
Xatırladaq ki, Fransanın baş naziri Eduard Filip cari ilin yanvarın 7-də planlaşdırılmamış nümayişlərə qarşı yeni qanunun qəbul ediləcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB